!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynaya taktiki atom bombası HƏDƏSİ: “Belarusu müharibəyə cəlb etmək istəyirlər”

!Reklam – Yazi

“Ukraynanın Kursk əməliyyatından sonra Rusiya Belarusu da müharibəyə cəlb etmək istəyir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Belarusun Rusiya Ukrayna müharibəsinə qoşulma ehtimalını şərh edən politoloq Yusif Bağırzadə deyib.

Yusif Bağırzadə bildirib ki, Lukaşenko müharibəyə qatılmaqdan yayınır.

“Belarus və Rusiya strateji müttəfiq dövlətdir. Ukrayna müharibəsindən əvvəl Belarus və Rusiyanın ittifaq şəklində birləşməsi haqqında saziş imzalandı. Türkiyə ilə Azərbaycan kimi, Belarusla Rusiya bir xalq iki dövlət prinsipindən çıxış edir. Onlar beynəlxalq platformalarda da birgə fəaliyyət göstərir. Rusiya-Ukrayna müharibəsindən öncə də hər iki dövlətin hərbi təlimləri keçirildi”, – deyə o qeyd edib.

Politoloqun sözlərinə görə, Lukaşenko çalışır ki, Belarus Ukrayna müharibəsinə qoşulmasın.
“Bununla əlaqədar Qərb ölkələri Belarusa mesaj göndərmişdi ki, prosesə qoşulmasın, yoxsa nəticəsi ağır olacaq. Rusiyadan fərqli olaraq, Belarusla Avropa İttifaqı arasında bir neçə müqavilə var. Bu müqavilələr davam edir. Kursk əməliyyatından sonra Rusiya Belarusu da müharibəyə cəlb etmək istəyir. Hətta Rusiya-Ukrayna müharibəsi başlayanda ilk görüşlər Belarusda keçirilmişdi. Sonradan Türkiyədə keçirildi.

Kursk əməliyyatından sonra Putin bəyanat verdi ki, Ukrayna “qırmızı xətti” keçdi və buna özünüz cavabdehsiniz. Bu o demək idi ki, taktiki atom bombasından istifadə edilə bilər. Onun səhərisi günü Lukaşenko açıqlama verdi ki, taktiki atom bombasının atılması NATO-nun əlinə fürsət verə bilər. Görünür, Lukaşenko münasibətlərin normallaşmasına çalışır. Ya Ukraynada, ya da Rusiyada hansısa proseslər başlayacaq. ABŞ-də də seçkilər gəlir.

Macarısan baş naziri Viktor Orbanla Lukaşenko görüş keçirib, onlar hər ikisi Putinə təsir etmək istəyirlər ki, müharibə bitsin”, – deyə o fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

COP29

www.yenicag.az

209
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv