Qalmaqallı reklamla başını dərdə salan “Ülker”in erməni şərikləri üzə çıxıb
Tanınmış brendin sahibi olan Ülker ailəsinin amerikan, alman, yəhudi, yunanlarla yanaşı, erməni şəriklərinin olduğu da müəyyən edilib.
Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Ülkər ailəsinin “Doğan” Mətbəəçilik, Qablaşdırma, Sənaye və Ticarət Anonim Şirkəti adı altında qeydiyyatdan keçirtdikləri şirkətin erməni şərikləri aşkarlanıb.
Bununla bağlı mediaya sızan məlumata görə, şirkətin erməni şərikləri aşağıdakı şəxslərdir:
Dikran Mihran Acemyan
Dikran Acemyan
Fotini Acemyan
Həmin şirkətdəki digər şəriklər isə bunlardır:
Karabet Kalender, Vahram Serap, Sevim Bardakçı, Sebahattin Saraç, Yener Mehmet Sonuşen.
Qeyd olunur ki, Azərbaycan-Ermənistan savaşının ilk illərində Azərbaycanda qıtlıq olanda “Ülkər” qrupu tərəfindən Ermənistana 18 ton şokolad məhsulu göndərilib. Yəni Azərbaycandakı 1 milyona yaxın qaçqın aclıq içində olarkən, ermənilər “Ülkər” ailəsinin sayəsində “şokolad gölü”nə düşmüşdülər.
İşin acınacaqlı tərəfi ermənilərə bu qədər hamilik edən Ülkərlərin FETÖ-yə yaxın dərnəklər tərəfindən “Türk Dünyasına Üstün Xidmət Mükafatı” verilib. Yəqin ki, Ermənistana qarşı tətbiq olunan embarqodan “dəlik açmaq” da Türk dünyasına üstün xidmətin bir göstəricisi sayılmalıdır.
Necə deyərlər, “Al gülüm, ver mükafatımı, ver gülüm”.
“Dan Cake” Qıda, Sənaye və Ticarət Anonim Şirkəti olan, müxtəlif yağlar və qıda məhsulları ixrac edən qrupda yer alan, 1992-ci ildə fəaliyyətə başlayan “Fresh Cake” Qida, Sənaye, və Ticarət Anonim Şirkətində “Ülker” qrupunun şərikləri isə bunlardlr:
– Richard Handscombe
– Sabri Ülker
– Orhan Özokur
– Murat Ülker
– Francis Bon
– Necdet Buzbaş
Yerli ictimai rəydə mühafizəkar şirkət imicinə sahiblənmiş “Ülker”in reklamlarında amerikalıları “Turka”laşdırır, ancaq bu, o cəmiyyəti “Türkləşdirmək” kimi göstərilirdi.
Reklamlardakı amerikanlar iftar saatlarında Türklərdən daha da irəli gedərək, haradasa, bizə dini qaydaları da öyrədirdilər. “Kola Türk” deyil, “Turka” istehsal edən “Ülker”in yerli keks kimi təriflədiyi “Dan kek” İsveçrə məhsuludur və adı da əcnəbi köklüdür.
“Ülker”in keks sərmayəsindəki şəriklərinin adlarına baxaq:
– Steen Knoth Ludvigsen
– Ole Havskov Jacobsen
– E. Hessellund Eskildsen
Xatırladaq ki, “Ülker” 1 aprel münasibəti ilə yayımladığı reklam çarxında FETÖ terror şəbəkəsinin gizli mesajları yer almışdı. İctimai etirazlardan sonra həmin videoçarx yayımdan çıxarıldı.
Yeniçağ.Az
www.yenicag.az