15 saylı Yasamal birinci seçki dairəsindən 1 sentyabr növbədənkənar parlament seçkilərində namizəd olan Ülvi Quliyevin seçicilərlə görüşləri davam edir.
Yenicag.az xəbər verir ki, Ülvi Quliyev bu dəfə şəhid ailələri ilə görüşüb.
Sosial media hesbaında paylaşım edən Ülvi Quliyev: “Şəhid valideynlərinin dəvəti ilə açıq havada keçirdiyimiz görüşdə 15 saylı Yasamal birinci seçki dairəsinin seçiciləri də iştirak etdilər. Dəvətə və səmimi dəstəyə görə görüş təşəbbüsünü irəli sürmüş əziz şəhidlərimizin ailə üzvlərinə və bütün sakinlərə səmimi qəlbdən təşəkkür edirəm. Uca Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa və uzun ömür diləyirəm”, – deyə qeyd edib.
www.yenicag.az