Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycana təşəkkür etdi

media-hightechnic-468x90

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş katibi Tedros Adhanom Ghebreyesus Azərbaycan xalqına və hökumətinə təşəkkür edib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, T.A.Ghebreyesus rəsmi “Twitter”ində bununla bağlı paylaşım edib.

“Azərbaycan xalqına və hökumətinə COVID-19-a (koronavirus) qarşı qlobal reaksiyanın tərkib hissəsi olaraq maliyyə dəstəyinə görə çox təşəkkür edirəm. ÜST sizin həmrəyliyinizi yüksək qiymətləndirir. Daha təhlükəsiz dünya üçün birlikdə!”, – deyə paylaşımda qeyd edilib.

Əlavə edək ki, Azərbaycan hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə ÜST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05