Universitet rəhbərliyindən şikayət
Naxçıvan Özəl Universitetinin tələbəsi universitet rəhbərliyindən şikayətçidir. Həsən Əlisoy adlı tələbə “Qafqazinfo”ya müraciətində bildirib ki, bu il ali məktəbi bitirməsinə baxmayaraq universitet rəhbərliyi onu məzun etmir.
Həsən Əlisoy bildirib ki, məzun ola bilməməsinə səbəblər universitet rəhbərliyinin səhvləri ucbatından baş verib: “Rəhbərlikdən mənə bəzi fənlərin dərslərində yenidən iştirak edib, imtahan verməli olduğumu bildirdilər. Halbuki, mən həmin dərslərdə iştirak etmişəm və müvəffəqiyyətlə də keçmişəm.
Vəziyyəti Təhsil Nazirləyinə telefonda bildirdiyimdə mütəxəssislər mənə bele bir şey ola bilməz sən dinləyib keçdiyin dərsləri bir daha dinlədə bilməzlər dedilər.
Bu il magistratura imtahanına girib Naxçıvan Dövlət Universitetinə ödənişli qəbul olduğum halda özümdən asılı olmayan səbəblərdən bu haqqımdan faydalana bilmədim və haqqım olan təxminən 5000 manatlıq təhsil imkanımı itirdim. Universitetin səhvləri ucbatından fəaliyyətsiz qalmışam.
Universitet rektoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsmayıl Əliyev məni şikayət etdəcəyim təqdirdə üstüörtülü təhdid etdi. İstədiyim yerə gedib şikayət edə bilərəm, amma, onsuzda onun dedikləri olacaq. Dediyində də əslində haqlı çıxdı, Təhsil Nazirliyinə yazdığım şikayətlər nəinki cavabsız qaldı, hətta universitetimizin işinə baxan kurator İlyar müəllim mənim adımı eşitdikdə məni dinləməkdənsə telefonu üzümə bağladı. Bir neçə gündən sonra isə yenidən zəng etdiyimdə İlyar müəllim mənim şikayətimə baxmaqdansa, məni təhdid edib universitetimizlə məsələmi həll eləməyi dedi.
İndi belə çıxır ki, həm məndən lazımından çox təhsil haqqı alıblar, həm diplomsuz qoyublar, həm də bunların üzündən daha da maddi və mənəvi ziyana düşmüşəm. İşləyib ailəmi dolandırmaqdansa oturub univeristetin səhvini düzəltməsini gözləyirəm. Təhsil Nazirliyi də buna laqeyd qalır. Hara gedəcəyimi kimə şikayət edəcəyimi bilmirəm. Təhsil nazirliyinə ən az 100 dəfə zəng edib danışmışam hər dəfə ya İlyar müəllimə zəng elə deyiblər, İlyar müəllim kömək etmirsə yada gəl Təhsil naziri ilə görüş (görüşə bilsən) dərdivi ona de deyirlər”.
Şikayətçi bildirib ki, şikayət məktubunu Təhsil Nazirliyinə və Prezident Adminstrasiyasına göndərəcək.