Universitetlərə builki tələbə qəbulu üçün plan yerlərinin sayı AÇIQLANDI

media-hightechnic-468x90

“2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu üçün 60489 plan yeri ayrılıb”.

Yenicag.az-ın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, ötən illə müqayisədə plan yerləri 2.21% (1309 yer) artırılıb:

“Plan yerlərinin 28 401-i dövlət sifarişlidir. Dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə 2.04% və ya 568 yer artıb. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərində hər hansı dəyişiklik nəzərdə tutulmur və ötən illərdə olduğu kimi, ümumi 200, imtahanın ikinci mərhələsində 100 (bəzi ixtisaslar üzrə ümumi 150 və ikinci mərhələ üçün 50) bal toplayanlar ixtisas seçimində iştirak edə biləcəklər”.

Bu il keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları haqqında danışan sədr ötən illə müqayisədə nəticələrin bir-birinə demək olar ki, uyğun olduğunu vurğulayıb”.

M.Abbaszadə qeyd edib ki, 2025-ci ildə Qarabağ Universiteti üzrə qəbul planı 28.5% artırılaraq 1 440 yerə çatdırılıb./oxu.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600