Universitetlərin yarışması davam edir!

media-hightechnic-468x90

11148977_989309461108927_1289830799_nHər zaman olduğu kimi, İrəli İctimai Birliyi nəznində fəaliyyət göstərən iRadio bir-birindən maraqlı verilişləri dinləyicilərə təqdim edir.

Gənclərin sevimlisi olan iRadionun “3 nöqtə” verilişi gənclərin mütaliə bacarığının, nitq, natiqlik qabiliyyətinin artırılması və dinləyicilərin maarifləndirilməsi məqsədilə ictimaiyyətə təqdim edilir. Veriliş bu dəfə də maraqlı mövzuyla gündəmə gəlir.
11.04.2015 tarixində iRadionun efirində daha bir ictimai müzakirə olacaq. “3 nöqtə” verilişində Azərbaycan Dövlət Neft Akademiyası və ARP Dövlət İdarəçilik Akademiyası qarşı qarşıya gələcək.
Bu dəfəki verilişin mövzusu: “Könüllülük fəaliyyəti gənclər üçün xeyirlidir mi?”
Bu verilişdə “Sözü olan eşidiləcək”!
Qeyd edək ki, www.iradio.az saytına daxil olaraq müzakirədə haqqlı gördüyünüz universitetə səs verə bilərsiniz. ( “Səs vermə” efir vaxtı aktiv olacaq )

Xatırladaq ki, “3 nöqtə” verilişində hər həftə fərqli mövzu ilə bağlı ictimai müzakirə aparılır. Veriliş zamanı 2 universitet yarışır və mövzuya 1 tərəf müsbət baxdığı halda digər tərəf inkar edir. Veriliş 3 mərhələdən ibarətdir. İlk mərhələdə 12 universitet arasında püşkatma zamanı bir-birinə uyğunlaşdırılan universitetlər yarışacaq. 2-ci mərhələdə hər yarışdan qalib çıxan universitetlər bir-biri ilə yarışacaq. Son – final mərhələsində isə qalib universitet bəlli olacaq. Qalib universitetin tələbəsi İrəli İctimai Birliyi tərəfindən qiymətli hədiyyə ilə mükafatlandırılacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600