Bu gün Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin doğum günüdür.
Yaşasaydı, bu gün 58 yaşı tamam olacaqdı. Lakin, Çingiz rahat həyatı seçmədi. Oğlu Fuadı 9 aylığında tərk edərək, ölkənin ən çətin günündə kamerasını çiyninə alıb, ön cəbhəyə yollandı. Qarabağ müharibəsi zamanı başımıza gətirilən müsibətləri təkcə kamerasıyla yox, həm də ürəyində çəkdi. Və beləcə Çingiz göstərdiyi emosianallığı ilə ən yeni teletarixin ən dramatik səhifələrini yazdı. O, çəkdiyi kadrlarla peşəkar reportyorluğundan başqa, həm də əsl insan, əsl vətəndaş olduğunu isbatladı. Elə canını da həqiqət uğrunda qurban verdi.
Çingizin 58-ci doğum günü münasibətlə onun ailə üzvləri, ANS Şirkətlər Qrupunun əməkdaşları Milli qəhrəmanın məzarını ziyarət ediblər. Onlar Çingizin qəbri üzərinə gül düzüb, ruhuna dualar oxuyublar.
Yenicag.az-a açıqlama verən Çingiz Mustafeyevin qardaşı Vahid Mustafayev, şəhidlərimizin uğrunda canını qurban verdiyi dəyərlərdən danışıb.
Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin doğum günü ilə bağlı hazırladığımız videoreportajı təqdim edirik:
EMİN SƏFƏROV
www.yenicag.az