!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ürəyimi nişan al, Kələntər dayı, ağrıdır axı… – Cəlalı həmişəlik İTİRDİK

!Reklam – Yazi

“Ürəyimi nişan al, Kələntər dayı, ağrıdır axı…” – Ölüm xəbərini eşidən an “Yeddi oğul istərəm” filmindəki bu məşhur epizod gəlib durdu gözüm önündə. Gözümdə yaş gilələndi və istər-istəməz bu kəlməni pıçıldadım: o ürək daha ağrımayacaq, çünki birdəfəlik susdu…

Ömrünün 75-ci baharında bu dünya ilə vidalaşdı, sevilən aktyor, Xalq artisti Ənvər Həsənov… Təəssüflər olsun ki, ömrünün son illərini ancaq xəstəxanalarda keçirdi; bir deyil, bir neçə xəstəliklə mübarizə apara-apara yaşamağa çalışdı. Bəlkə də o xəstəliklərə tab gətirə bilərdi. Bəlkə də sağalıb yenidən həyata davam da edərdi. Bir şərtlə ki, ömrünün 50 ilindən artıq bir dövrü fəda etdiyi kino sənətindən ayrı düşməsəydi… Hər dəfə ona zəng edib hal-əhval tutanda kinodan danışardı, yeni filmlərə çəkilmək istəyi ilə alışıb-yandığını dilə gətirərdi. Bizim də əlimizdən nə gəlirdi ki, təsəlli verməkdən savayı… “Yaxşı olar, yeni filmlər çəkilər, siz də rol alarsınız” deyib, onun ümidlərini göyərtməyə çalışsaq da, nə kino çəkilirdi, nə də aktyora rol verilirdi. Beləcə, bir gün sudan çıxarılan balıqtək sahildə çapalayıb ömrünü başa vurdu aktyor…

Bu gün isə ondan geridə qalan vaxtilə oynadığı gözəl obrazlar oldu. O obrazlar ki, Azərbaycan milli kinosunun inciləri sayılır. O obrazlar ki, hər birimiz o filmlərə baxa-baxa böyüdük. Demək ki, sənətkar yalnız cismani ömrünü başa vurdu. Onun yaradıcılıq ömrü indən sonra da davam edəcək.

Ruhunuz şad olsun, Ənvər Həsənov, hamımızın sevimli Cəlalı, Muradı, Şahbaz bəyi…

Cəvahir

www.yenicag.az

202
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv