Uşağı əlindən alınan ata özünü doğradı.
Yenicag.Az xəbər verir ki, hadisə Pirallahı rayonunda baş verib. 28 yaşlı Eyyubov Fərid İslam oğlu həyat yoldaşından məhkəmə qaydasında boşanıb. Boşanma zamanı məhkəmə cütlüyün bir övladı olan oğlan uşağını anasında saxlayıb. Uşaq atadan alınıb anaya verilib. Oğlunun ondan alınmasına dözə bilməyən ata gecə evdə olarkən ülgüc qol və qarın nahiyyələrini kəsib. Fərid Eyyubovu qan içində aşkarlayan dostu təcili tibbi yardımla onu xəstəxanaya çatdırıb.
Həkimlər Fərid Eyyubovun həyatını xilas edə biliblər.
Yenicag.Az