Uşağın doğulmasına görə müavinətlə bağlı mesajın həqiqi olduğu üzə çıxdı - FOTO

media-hightechnic-468x90

“Bəzi sosial şəbəkə səhifələrində vətəndaşa uşağın anadan olmasına görə müavinət təyinatına dair guya saxta SMS göndərilməsi ilə bağlı paylaşılan məlumatlar doğru deyil”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib.

“Həmin SMS-lər İbrahimov Əli Nəbi oğluna göndərilib. Belə ki, o, 2022-ci ildə və 2024-cü ildə doğulan övladlarının hər ikisinə bu ilin mart ayında doğum haqqında şəhadətnamə alıb.

Bundan sonra e-qaydada ona hər iki uşağın doğulmasına görə müavinət (həmin müavinət 2022-ci ildə 300 manat, 2024-cü ildə 500 manat olub) təyin olunub.

Lakin Ə.İbrahimovun adına olan telefon nömrəsini başqa şəxs istifadə etdiyi üçün SMS-i da o oxuyub və mesajın saxta olduğunu düşünərək ictimailəşdirib.

Qeyd edilən müavinət uşağa doğum haqqında şəhadətnamə alındığı anda e-qaydada proaktiv təyin edilərək valideynlərdən birinin adına olan mobil nömrəyə bu barədə bildiriş göndərilir”, – deyə qurum rəsmisi qeyd edib.media-1743689873_488938297_10236391327948338_1362831988276420461_n

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05