Uşağını Marsda dünyaya gətirəcək

media-hightechnic-468x90

mars2025-ci ildə Marsa adam göndərməyi planlaşdıran “Mars One” layihəsində axırıncı yüz namizəddən biri, ingilis şagird Magi Leu orada uşaq dünyaya gətirməyi düşünür.

Lakin o radiasiya və yerin cazibəsindən ehtiyat edir.

Birminqem Universitetində astrofizika təhsili alan Leu 202 min namizədin arasından ən axırıncı mərhələyə gələnlərdən biridir.

“Mars One” 2024-cü ildə iki qadın və iki kişini Marsa göndərməyi planlaşdırır.
Layihə sponsorlar və televiziya şousu ilə maliyyələşəcək. Orda yaşamaq üçün koloniya qurulacaq. Lazım olan büdcəni seçilən adamlar özləri ödəyəcəklər.

“Mənim uşağımın irq problemi olmayacaq. Radiasiya təhlükəsindən qorxsam da övladımın marslı olacağı məni həyəcanlandırır. Biz orda koloniya qurmaq istəyiriksə çoxalmaq məcburiyyətindəyik” – deyə Magi bildirib.
Seçilən yüz nəfər arasında beş ingilis də var. Onlardan biri, 23 yaşı astronomiya fakültəsinin şagirdi Hanna Earnsav öz növbəsində Marsa getməyin çox həyəcanverici olacağını, ordan ailəsi ilə internet vasitəsilə danışa biləcəyinə ümid etdiyini deyir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600