Uşağının özündən olmadığına inanıb arvadını öldürdü, əslində... - Dəhşətli qətlin təfərrüatı / FOTOLAR

media-hightechnic-468x90

Türkiyənin İsparta şəhərində dəhşətli qətl hadisəsi baş verib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ayxan Yılmaz adlı şəxs hamilə həyat yoldaşı Rabiə Yılmazı qətlə yetirib, qayınanası Ayfər Aydınlını isə yaralayıb.

Hadisənin təfərrüatlarına gəldikdə isə A. Yılmaz polisə ifadəsində qısqanclıq zəmnində bunu etdiyini deyib. Belə ki, o həyat yoldaşına bildirib ki, uşağın ondan olduğuna inanmır. Daha sonra silahla atəş açıb və nəticədə R.Yılmaz həlak olub.

Məhkəmə prosesində götürülən DNT analizlərindən sonra bəlli olub ki, uşağın atası, əslində, Yılmazın özüdür. Hazırda Ayxan Yılmaza ömürlük həbs cəzası verilməsi tələb olunur. Lakin hakim hər dəfə məhkəmə tarixini dəyişərək buna əngəl olur.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600