Tbilisidə keçirilən uşaq “Avroviziya-2017” mahnı müsabiqəsinin qalibi məlum olub.
Yenicag.az xəbər verir ki, 188 səslə birinci yeri Rusiya təmsilçisi Polina Boquseviç tutub.
İkinci yerə Gürcüstan təmsilçisi Qriqol Kipşidze, üçüncü yerə isə Avstraliya təmsilçisi İzabella Klark layiq görülüb.
Qeyd edək ki, Tbilisi Olimpiya Sarayında keçirilən yarışmada 16 ölkə – Gürcüstan, Rusiya, Avstraliya, Albaniya, Ermənistan, Belarus, İrlandiya, İtaliya, Kipr, Makedoniya, Malta, Niderland, Polşa, Portuqaliya, Serbiya və Ukrayna təmsilçiləri mübarizə aparıb.
www.yenicag.az