Braziliyanın Minas-Jerays ştatında dəhşətli yanğın hadisəsi qeydə alınıb.
Yenicag.az xəbər verir ki, bələdiyyəyə məxsus uşaq bağçasında baş vermiş yanğında 9 nəfər ölüb, 41-i isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Ölən 9 nəfərdən 7-nin uşaq olduğu bildirilir. Yaralananlardan isə 37-i nəfəri azyaşlıdır.
Faktla bağlı araşdırma aparılır.