Uşaq burunsuz dünyaya gəldi-Fotolar
Yenicag.az xəbər verir ki, İrlandiyada qəribə uşaq dünyaya gəlib.
Beləki balaca qızcığazın burnu yoxdur. Lakin buna baxmayaraq o öskürə və asqıra bilir. Dünyada bu günə kimi sadəcə 47 uşaqda bu xəstəliyə rast gələn həkimlər bu sahədə bir ilkə imza atıb. İki yaşındakı Tessa Evans üçün həkimlər yeni burun yaradır. Onlar uşağı əməliyyat edib və yeni burnun əmələ gəlməsini gözləyirlər. Bu proses illərlə zaman alsa da, artıq azyaşlıda bu əməliyyat öz nəticəsini göstərir.
Qeyd edək ki, bu nadir xəsəliyin adı “arhiniya”dır.