!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uşaqlarımızı necə KƏŞF EDƏK? – Psixoloq RƏYİ

!Reklam – Yazi

“Hər bir uşaq doğularkən öz yaradıcılıq qabiliyyəti ilə birlikdə doğulur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında ailə və uşaq psixoloqu Aynur İsmayılova deyib.

Onun sözlərinə görə, yaradıcılıq qabiliyyəti ailədən gələn və onun bacarıqlarını inkişaf etdirmək nüansıdır:

“Məsələn, biz məktəblərdə uşaqların yaxşı oxumasını istəyirik, lakin uşaqların bacarıqlarının inkişaf etdirilməsi oxumaq mexanizmindən daha vacibdir. Çünki uşaqlar yeddi yaşından on iki yaşına qədər onsuz da oxumağa meylli olurlar. Buna görə də uşaqlar üçün bilik öyrənmək yaşı 7-12 intervallarında ən aktual yaş dövrü hesab olunur. Sadəcə, biliklə yanaşı, onların müxtəlif yaradıcılıq bacarıqları inkişaf etdirilsə, uşaq sürətli düşünmə bacarığına malik olsa, çox mükəmməl bir nəticə ortaya çıxmış olar”.

Psixoloq uşaqların inkişafında valideynlərin rolunun əvəzolunmaz olduğunu da vurğulayıb:

“Təbii ki, uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişafında valideynlərin üzərinə böyük məsuliyyət düşmüş olur. Hər bir valideyn uşaqlarını inkişaf etdirməyə mühüm əhəmiyyət verməlidir. Bunun üçün də lazımi olan imkanları onlardan əsirgəməməli və uşaqların bacarıqlarını kəşf etməkdən ötəri mühüm addımlar atılmalıdırlar”.

A. İsmayılova valideynlərlə uşaqların daim kontaktda olmasını da mühüm hesab edir:

“Ümumiyyətlə, valideynlərin uşaqları ilə kontaktda olması vacibdir. Onların hər işi ilə maraqlanmalı, günlərinin necə keçdiyi haqqında məlumat almalıdırlar. Məsələn, uşaq rəsm çəkərkən valideyn bu rəsmə baxmaqla yanaşı, həmçinin onun fikirlərini də öyrənməlidir. Beləliklə, o, asanlıqla öz övladını kəşf etmiş olacaq”.

“Bundan əlavə, valideyn uşaqları üçün bir motivasiya mənbəyi olmalı və onu gördüyü işə daha inandırmağa səy göstərməlidir. Belə ki, hər bir valideyn bunları etməli və öz övladlarına məsuliyyətlə yanaşmalıdır”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Mayıl Soltanov

COP29

www.yenicag.az

102
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv