!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ÜST-dən rəsmi XƏBƏRDARLIQ: Avropa üçün terrordan daha təhlükəlidir - Dəhşətli rəqəmlər AÇIQLANDI

!Reklam – Yazi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada spirtli içki istehlakı ilə bağlı hesabat dərc edib.

Yenicag.az xəbər verir ki, hesabata görə, Avropada ildə təxminən 800 min insanın ölümünə səbəb olan spirtli içki istehlakı ən böyük ölüm səbəblərindən biri kimi göstərilib.

Hesabatda Avropada hər gün 2200 insanın alkoqolla əlaqəli səbəblərdən dünyasını dəyişdiyi vurğulanıb. Müvafiq olaraq, Avropada hər 100 ölümdən 9-u spirtli içki səbəbindən baş verir.

Spirtli içkilərin məişət zorakılığı, bədbəxt hadisələr və psixi sağlamlıq kimi problemlərə ciddi təsirləri olduğu qeyd edilib. Buna baxmayaraq, bir çox insanın spirtli içkilərin zərərlərini bilmədiyi vurğulanıb.

Sağlamlıq risklərinə baxmayaraq, statistika göstərir ki, avropalılar ildə orta hesabla 9,2 litr alkoqol istehlakı ilə dünyada liderlik edirlər.

ÜST-nin son məlumatlarına görə, kişilər qadınlardan təxminən 4 dəfə çox içirlər. Avropada hər 3 böyükdən 2-si spirtli içki qəbul etdiyi halda, hər 10 böyükdən biri spirtli hesab olunur.

Həkimlərin fikrincə, spirtli içkilərdən istifadə ürək-damar xəstəliklərinə, xərçəngə və qaraciyər sirrozuna səbəb olur. Bununla belə, Avropa İttifaqı (Aİ) ölkələrində 10 ildən artıqdır ki, spirt istehlakında azalma müşahidə olunmur.

Əksər Avropa ölkələri ÜST-nin alkoqol vergilərinin artırılması, onun reklamının məhdudlaşdırılması və əlçatanlığın azaldılması kimi tövsiyələrinə əməl etmir.

ÜST 2025-ci ilə qədər Avropada spirt istehlakını məhdudlaşdırmaq üçün tədbirlər görməyə çağırır.

Hesabatda bildirilir ki, ÜST alkoqol istehlakının azaldılması məqsədlərinə Rusiya, Ukrayna və Türkiyə kimi ölkələrin alkoqol vergilərini artırması və əlçatanlığı azaltması sayəsində nail olub.

Türkiyədə saat 22:00-dan sonra spirtli içkilərin satışı da qanunla qadağandır. Bundan əlavə, şüşə qablaşdırmada spirtin ölümcül təsiri vurğulanır.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

171
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv