Usta ev sahibini belə aldatdı

media-hightechnic-468x90

b4b1bbbf1309bc67360004889e50f233Bakıda evini təmir etdirək istəyən şəxs dələduzluqla üzləşib. Yenicag.az lent.az-a istinadən bildirir ki, polisə müraciət edən 1971-ci il təvəllüdlü Əlirzayev Tahir Qafar oğlu 8-ci Polis Bölməsinə müraciət edərək xeyli miqdarda pulunun mənimsənildiyini deyib. Şikayətçinin sözlərinə görə, keçən ilin 24 avqust tarixində Tahir adlı şəxsə Badamdar qəsəbəsi, bağlar massivində yerləşən evini təmir etdirmək məqsədi ilə 3 min manat pul verib. Lakin usta pulu aldıqdan sonra vəd verdiyi kimi tikinti materiallarını almayıb və təmir işlərinə başlamayıb.

T.Əlirzayev həmin ustanın məsuliyyətə cəlb edilməsi üçün polisdən kömək istəyib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa