Ustad tarzən Ramiz Quliyevin səhhəti yenidən pisləşib - Oğlundan AÇIQLAMA
Dövlət Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilən Xalq artisti, ustad tarzən Ramiz Quliyevin səhhəti yenidən pisləşib.
Bunu Yenicag.az-a açıqlamasında sənətkarın oğlu Əməkdar artist, dirijor Əyyub Quliyev deyib.
O, atasının səhhətinin stabil ağır olaraq qaldığını deyib:
“Atamın müalicəsi reanimasiya şöbəsində davam edir. Kreatini qalxmışdı, yenidən hemo-dializ olunmaq qərarı verildi. Dializdən sonra təbii olaraq kreatin aşağı düşür. Hamımız ümid edirik ki, böyrək ən azından funksiyalarını özü təmin edəcək bir vəziyyətə gəlib çıxacaq. Prosedurlar olunur, səhhəti düzəlir, sonradan yenə əvvəlki vəziyyətə qayıdır. Ağciyərdə infeksion proseslər var idi, orada da göstəricilər artmışdı. Bunu da həkimlər nəzarətə götürüblər. Yuxugətirici dərmanları da azaldıblar ki, huşu özünə qayıtsın. Həkimlər sağ olsunlar, əllərindən gələni edirlər”.
Onun sözlərinə görə, evə köçürmək məsələsi hələ ki, aktual deyil
Cəvahir