!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uzanan müharibə, bitməyən TƏCAVÜZ: Kremlin "danışıq" təklifinin arxasındakı məqsəd nədir?

!Reklam – Yazi

“Bir müddətdir Kremlin dron hücumlarına məruz qalması və Rusiya tərəfindən həyata keçirildiyi iddia olunan Xarkovda su anbarının partladılması çox ciddi məsələlərdir”.

Bu fikirləri rəsmi Moskvanın Ukrayna ilə danışıqlara hazır olmalarını bəyan etməsinə münasibət bildirən politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında səsləndirib.O bildirib ki, Kremlin sözçüsü Dmitri Peskovun Rusiya Prezidentinin Ukrayna ilə danışıqlara hazır olduğu ilə bağlı açıqlama verməsi indiki məqamda təsadüfi deyil:

“Uzun müddətli müharibədə tərəflər arasında xüsusi heç bir üstünlük müşahidə edilməyib. Hazırda həm Rusiya, həm də Ukrayna əks-hücum əməliyyatları ilə bağlı hədə dolu bəyanatlar verir. Bu barədə rus və Ukrayna mediasında tez-tez xəbərlər dərc olunur.

Son hadisələr çox ciddi məsələlərin olacağından xəbər verir. Bir müddətdir Kremlin dron hücumlarına məruz qalması və Rusiya tərəfindən həyata keçirildiyi iddia olunan Xarkovda su anbarının partladılması çox ciddi məsələlərdir. Ən qəribə məqam isə Rusiyanın dron hücumlarında Ukraynanı, Ukraynanın isə Rusiyanı ittiham etməsidir. Sanki müharibə bir yana qalıb, tərəflər artıq öz ərazilərinə hücum etməyə başlayıb.

Baş verən hadisələr fonunda Kremlin belə bir açıqlama verməsi Rusiyanın əks-hücum əməliyyatlarına başlamaqda israrlı olduğundan xəbər verir və bunun üçün bir zəmin yaratmağa çalışılır. Putin Zelenski ilə görüşmək istədiyini deyərək sülhə hazır olduğu mesajını verir. Ancaq, əslində, Rusiyanın iddialarına və bir müddət öncə irəli sürdüyü şərtlərə baxdıqda bunun heç də sülh deyil, kapitulyasiya aktı olduğunu görürük.

Danışıqlar baş verə bilər, lakin Rusiya əvvəlki şərtlərindən geri çəkilməyəcək. Bu mənada, Peskvoun açıqlamasında qeyd olunan danışıqlar məsələsi sadəcə sözdən ibarətdir. Yenidən kapitulyasiya aktı təklif olunacaq. Qərbdən dəstək alan Ukraynanın isə bu sənədə imza atması qeyri-mümkündür”.

Nəsimi Ələsgərli

www.yenicag.az

571
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv