!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Uzaq sahillərdə "Qarabağ" fırtınası!

!Reklam – Yazi

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura start verilib.

Yenicag.az xəbər verir ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” səfərdə Madrid “Atletiko”sunun qonağı olub.

Bakıda keçirilən ilk görüşdə rəqibi ilə qolsuz heç-heçə etməyi bacaran Ağdam təmsilçisi Madriddə də tarix yazmağı bacarıb.

İspaniyada da rəqibi ilə 1:1 hesablı bərabərə qalan Qurban Qurbanovun yetirmələri aktivinə növbəti xalı yazdırıb.

Qrupun digər oyununda “Roma” isə “Çelsi”ni 3:0 hesabı ilə darmadağın edib.

UEFA Çempionlar Liqası
C qrupu
31 oktyabr

“Atletiko” – “Qarabağ” 1:1
Qol: Miçel, 40, Tomas Partey, 56

Qırmızı vərəqə: Pedro Enrike, 59, Stefan Saviç, 88
Baş hakim: Dəniz Aytəkin.
Baş hakimin köməkçiləri: Qvido Kleve, Markus Hakker
Əlavə köməkçi hakimlər: Daniel Sibert, Bencamin Brand
Dördüncü hakim: Eduard Beytinqer (hamısı Almaniya)
Madrid. “Metropolitano” stadionu.

“Atletiko”: 13. Yan Oblak, 2. Dieqo Qodin, 3. Filipe Luis, 5. Tomas Partey, 7. Antuan Qrizmann, 8. Saul Niqes, 11. Anxel Korrea, 14. Qabi (k), 15. Stefan Saviç, 20. Xuanfran, 21. Kevin Qameyro.
Ehtiyat oyunçular: 1. Migel Anxel Moya, 9. Fernando Torres, 12. Auqusto Fernandes, 16. Şime Vrsalko, 17. Lusiano Vietto, 19. Lukas Ernandes, 22. Nikolas Qaytan.
Baş məşqçi: Dieqo Simeone.

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 10. Pedro Enrike, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 77. Donald Gerrye, 90. Ramil Şeydayev.
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev, 99. Dani Kintana.
Baş məşqçi: Qurban Qurbanov.

COP29

www.yenicag.az

13313
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv