!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Üzərində telefon aşkarlanan şagirdlə bağlı qərar verildi

!Reklam – Yazi

Bakıda keçirilən buraxılış imtahanında üzərində telefon aşkar edildiyi üçün prosesdən kənarlaşdırılan 9-cu sinif şagirdinin sentyabr ayında olacaq imtahanda iştirakına icazə verilib.

Bu barədə Yenicag.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Bakıdakı Akademik Zərifə Əliyeva adına Liseyin 9-cu sinif şagirdi Nur Əhmədovanın Apellyasiya komissiyasının qərarına əsasən, üzrlü səbəblərdən buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün mayın 14-də keçiriləcək imtahanda iştirakına icazə verilməyib: “Lakin onun bu ilin sentyabr ayında keçiriləcək imtahanda iştirakına icazə verilib”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, Akademik Zərifə Əliyeva adına Liseyin 9-cu sinif şagirdi Nur Əhmədovanın gödəkcəsinin cibində telefon aşkar edildiyi üçün imtahana buraxılmamışdı. Bundan sonra onunla bağlı sosial şəbəkədə və mediada məlumatlar paylaşılıb, anası tərəfindən müraciət yayılıb.

www.yenicag.az

355
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv