Üzərinə qaynar su tökülən 2 yaşlı qız ölüb

Azərbaycanda 2 yaşlı uşaq faciəli şəkildə ölüb.

Bir neçə gün əvvəl Samux rayon sakini, 2015-ci il təvəllüdlü Tamara Zaur qızı Mustafayevanın üzərinə qaynar su tökülüb.

Təcilli olaraq xəstəxanaya çatdırılan azyaşlını xilas etmək mümkün olmayıb və o, ötən gün Respublika Yanıq Mərkəzində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Yenicag.az