Yaxşı qidalanmaq enerji verdiyi kimi daha uzun və daha doyurucu bir həyat yaşamağı da təmin edir.
Aşağıdakı qidalar və içkilər beyinə yaxşı təsir edir və bir imtahanda uğurlu olmağınıza kömək edəcək
Yaşıl çay
Əsas tərkib: Polifenol
Faydası: Beyni qoruyur və ruh sağlamlığına yaxşı təsir edir
Yaşıl çayın tərkibindəki acıya dadan maddə olan polifenollar, beyni yaşlanmaqdan qoruya bilir. Bu maddənin hüceyrə səviyyəsində böyüməyə köməkçi olan canlandırıcı bir təsiri mövcuddur.
Bundan əlavə yaşıl çay pozitiv zehni vəziyyətin açarı olan dopamin istehsalını təşviq etməsilə də tanınır. İmtahandan əvvəl ən çox ehtiyacınız olan şeylərin başında pozitiv bir ruh halı gəlir, narahatlıq ya da qorxu deyil.
Yumurta
Əsas tərkib: Kolin
Faydası: Yaddaşı inkişaf etdirir
B vitamini oxşarı maddə olan kolin, beynin daha asan xatırlamasını dəstəkləyir. Edilən bəzi araşdırmalar kolin qəbulundakı artımın yaddaşı inkişaf etdirə biləcəyini ortaya çıxarıb. Yumurta sarısı isə ən zəngin təbii kolin qaynaqları arasında yer alır.
Qoz, fındıq, badam
Əsas tərkib: Omega – 3 yağlı turşular
Faydası: Beyin funksiyalarında yaxşılaşma
Omega–3 yağlı turşular DHA, beyində olan başlıca çoxlu doymamış yağ turşusudur. Tərkibində Omega-3 olan qidalarla zəngin bəslənmək beyin funksiyalarını və ruh halını inkişaf etdirə bilir.
Qara şokalad
Əsas tərkib: Flavonoid və kofein
Faydası: Fokuslanma və konsentrasiya
Tərkibindəki flavonoiddən gələn güclü antioksidantların xüsusiyyəti ilə bağlı olaraq qara şokalad yüksək təzyiq və xolesterin dərəcəsini aşağı salır. Qara şokaladın ən faydalı yönlərindən biri də tərkibindəki xəbərdaredici maddə olan kafeindir. Niyə? Çünki enerjinizi fokuslamağı təmin edir.
Lakin həddən artıq kafein qəbulu sizi yerinizdə dayana bilməyəcəyiniz bir həddə gətirə bilər və bu da imtahan müddətində rahat oturmağınızı çətinləşdirə bilər. Buna görə də qara şokaladı qəhvə ya da çay ilə qarışdararaq yox, tək qəbul edin.
www.yenicag.az