!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Valentina Matviyenko Mehriban Əliyevanı təbrik etdi

!Reklam – Yazi

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Yenicag.az xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli Mehriban Arif qızı. Ad gününüz münasibətilə ən xoş və səmimi təbriklərimi qəbul edin.

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası Rusiya-Azərbaycan dostluq münasibətlərinin möhkəmlənməsi istiqamətində Sizin səylərinizi yüksək qiymətləndirir. Sizin ictimai və mədəni-humanitar əlaqələrin inkişafına böyük şəxsi töhfənizi xüsusi qeyd etmək istəyirəm, çünki məhz bunun sayəsində ikitərəfli qarşılıqlı fəaliyyət konstruktiv məcrada inkişaf edir.

Rusiya ilə Azərbaycan arasında münasibətlərin böyük potensialı var. Bunu bizim bu yaxınlarda Bakıda keçirdiyimiz görüşlər və danışıqlar da təsdiq edib. Fəal parlamentlərarası dialoq aparılır, regionlararası əməkdaşlıq möhkəmlənir. Əminəm ki, əməkdaşlığımız bundan sonra da yeni birgə təşəbbüslər və layihələrlə zənginləşəcək.

Sizə səmimi qəlbdən cansağlığı, rifah və ölkələrimizin xalqları arasında dostluq münasibətlərinin möhkəmlənməsi işində uğurlar, ailənizə isə xoşbəxtlik və firavanlıq arzulayıram”.

www.yenicag.az

1006
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv