!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vanqanın insan həyatı üçün vacib olan tövsiyələri…

!Reklam – Yazi

Vanqanın siyasi proqnozlarına qarşı fikirlər fərqlidir, bolqar görücüsünün, 20-əsrin məşhur bilicisinin öncə söyləmələrinə baxışlar heç də birmənalı deyil.

Ancaq diqqətlə nəzər yetirsək, onun insan sağlamlığı, həyat tərzi haqqındakı fikirləri, tövsiyə etdikləri müalicə üsulları daha maraqlı, daha sadə və daha dəqiqdir.

Vanqa 13 bəndlik sağlamlıq əlifbasında nələri tövsiyə edib?

1. Çox yeməyin. Orqanizm artıq qidadan əziyyət çəkir. Çox yemək məqbul sayılsaydı, təbiət bizə ikinci mədəni də verərdi.

2. Ağ rəngli qida məhsullarından daha çox istifadə edin.

3. Bitki çaylarına üstünlük verin.

4. Qida rasionunuzda yağlı ərzaqları azaldın.

5. Ət məhsullarından istifadəni məhdudlaşdırın.

6. Ən azı həftədə bir dəfə qaynadılmış buğda yeyin.

7. Təmiz su içməyin orqanizm üçün əvəzsiz faydalarını unutmayın.

8. Gün ərzində daha çox hərəkətdə olmağa çalışın.

9. Axşam saat 10-da yatmağa, səhər 5-6-da yuxudan durmağa vərdiş edin. Bu orqanizmin tam istirahəti üçün ən yaxşı vaxtdır.

10. Çox da isti olan su ilə yuyunmayın.

11. Yay aylarında tez-tez ayaqyalın gəzin. Siz bununla torpaqla əlaqənizi bərpa etmiş olacaqsınız.

12. Duru xörəklərdən daha çox istifadə edin. Quru yeməklərdən çalışdıqca imtina etmək lazımdır.

13. Sağlamlığı qorumaq üçün ən vacib şərtlərdən biri də təbii məhsullardan istifadə etməkdir.

Xəstəliklərin yaranma səbəblərini göstərən Vanqa belə hesab edib ki, mədə xorası xəstəliyinin yaranmasının ilk səbəblərindən biri keyfiyyətsiz qidalardır. Görücünün fikrinə görə, qidaları isti şəkildə qəbul etmək yolverilməzdir və bu mədə xorası xəstəliyinə səbəb olur.

Bolqar bilicisi astma xəstəliyi haqqında fikirlərini açıqlayarkən qeyd edib ki, bu xəstəliyi yaradan soyuq mayelərdir. Xüsusilə, yorğun vaxtı soyuq içki içmək astmanın yaranmasına səbəb olur.

Vanqanın qənaətinə görə, şişlər əsasən zədə nəticəsində yaranır və onlar kifayət qədər uzun müddət keçəndən sonra özünü biruzə verə bilər.

Böyrək xəstəliklərinin əsas səbəbini Vanqa tez-tez soyuqdəymələrin olması ilə izah edib.

Maddələr mübadiləsinin pozulmasının orqanizmə olduqca mənfi təsir göstərməsini söyləyən görücü bunun səbəbini düzgün qidalanmamaqda, qida rasionunun düzgün təşkil olunmamasında görüb.

Vanqanın ehtimallarına görə, qadın sonsuzluğunun əsas səbəbləri erkən cinsi həyata başlamaq, arzuolunmaz hamiləlik qorxusu, iltihabi proseslər, dar və narahat alt paltarlarıdır.

Kişi sonsuzluğunun səbəblərini açıqlayan Vanqa qeyd edib ki, bunun da əsas səbəbləri dar alt paltarları və vaxtından əvvəl cinsi həyata başlamaqdır.

Vanqanın müalicə reseptləri əsasən bitkilərdən ibarət olub. O, tövsiyə edib ki, bitkilərlə müalicə olunan insan yalnız öz yaşadığı yerdə bitən bitkilərdən istifadə etməlidir.

Maddələr mübadiləsinin pozulması:

1 xörək qaşığı dazıotu bitkisi çay kimi dəmlənilir, 2 həftə ərzində səhərlər acqarnına 1 çay qaşığı qəbul edilir.

Təngnəfəslik:

Eyni miqdarda zeytun yağı və buğda arağı qarışdırılır, 21 gün ərzində gündə üç dəfə bir xörək qaşığı qəbul edilir.

Ürək xəstəliklərinin profilaktikası:

İldə 4 dəfə, hər fəslin başlanğıcında 4 gün səhərlər acqarnına yemişan bitkisinin həlimi qəbul edilir.

Bədəndə səpkilər:

Palıd qabığından dəmləmə hazırlanıb səpkilərin üzərinə çəkilir.

Öskürək:

4 ədəd qoz, bir xörək qaşığı bal, bir xörək qaşığı kəndalaş bitkisinin qurudulmuş yarpağı yarım litr suda qaynadılır, süzüldükdən sonra gün ərzində 3 dəfə 1 xörək qaşığı qəbul edilir.

Qəbzlik:

Kəndalaş bitkisi suda qaynadılır, eyni miqdarda balla qarışdırılır, gün ərzində bir-iki dəfə bir xörək qaşığı qəbul edilir.

Damaq xəstəlikləri:

Kəklikotundan hazırlanmış dəmləməyə bir çimdik duz əlavə edərək gün ərzində bir neçə dəfə qarqara edilir.

Öd kisəsi xəstəlikləri:

Hər gün iki ədəd armud yemək və ya armuddan hazırlanmış şəkərsiz kompot içilməlidir. Qida qəbulundan sonra öd kisəsində ağrılar olarsa limonun yarı hissəsinin şirəsinə yarım çay qaşığı soda əlavə edərək qəbul edilməlidir.

Bel nahiyəsində ağrılar:

Bel hissəsində ağrıyan nahiyələrə bal sürtülməli və qolların hərəkəti ilə bel əzələləri hərəkətə gətirilməlidir. Ağrılar çəkilənə qədər hər gün bu prosedur təkrar olunmalıdır.

Onikibarmaq bağırsağın xorası:

Yumurtanın ağı ilə bir xörək qaşığı zeytun yağı krem halına düşənə qədər çalınır, səhərlər acqarnına qəbul edilir. Kursun müddəti 10 gündür.

Vanqanan ruhən rahat və xoşbıxt olmaqla bağlı tövsiyələri də çox sadə və maraqlıdır:

1. Səhərinizi təbəssümlə açın. Təbəssümlə açılan səhər sizə gün ərzində uğur və sevinc gətirəcək.

2. Hər gün heç olmasa bir dəfə, hətta kiçik olsa da belə bir xeyirxah əməliniz olsun. Bunu etsəniz qocaldıqda keçmişinizə nəzər salarkən yaşanmış illəriniz üçün peşimançılıq keçirməyəcəksiniz.

3. Elə düşünməyin ki, bütün həyatınız hələ qarşıdadır. Bu yanlış düşüncədir. Çünki cavanlıqla qocalıq arasındakı məsafə çox qısadır.

4. Bu günün işini sabaha saxlamaq kimi vərdişi özünüzdən uzaq edin.

5. Tənbəlliyin daşını atın. Təbiət öz hərəkətində dayanmaq və ləngimək bilmir, tənbəllik edib ləngiyənləri isə sərt cəzalandırır.

6. Kiçik yaşlarından uşaqları zəhmətə alışdırın. Əgər siz özünüz zəhmət çəkməyi sevmirsinizsə, bununla uşaqlarınıza pis nümunə göstərirsiniz.

7. Heç vaxt unutmayın, Allah kimə daha çox imkan və qabiliyyət verirsə, ondan da daha çox cavabdehlik tələb edir.

8. Bəziləri elə düşünür ki, pulla məhəbbəti almaq mümkündür. Bu yanlış fikirdir. Pulla məhəbbəti almaq olmaz.

9. Asudə olmaq istəyirsinizsə hədər və boş yerə vaxt itirməyin.

10. Tələsin, amma həmişə ağılla tələsin.

11. Tez-tez ürəyinizin səsinə qulaq asın, görün o sizə nə deyir.

12. Nə isə deməzdən əvvəl yaxşı-yaxşı düşünün. Dediyiniz söz sizə xoşbəxtlik gətirməklə yanaşı, həyatınıza bədbəxtlik və bəlalar da gətirə bilər.

13. İnsanları mühakimə etməyə tələsməyin. Hər bir insanın özünəməxsus heç də asan olmayan həyatı var.

14. Qarşınıza gücünüz çatmayan, həlli mümkün olmayan vəzifə qoymayın. Çünki o vəzifənin öhdəsindən gələ bilməyəndə özünüzdən gileylənməyə başlayacaqsınız.

15. Xətrinizə kimsə dəyəndə, sizi kimsə incidəndə cavab verməyin. Vaxtınıza və əsəblərinizə qənaət edin.

16. Heç vaxt aldatmayın. Kiçik yalanlar belə böyük bədbəxtliyə səbəb ola bilər.

17. Axmaq adamlarla mübarizə aparmayın, mübahisə etməyin, onları düzəltməyə, dəyişməyə calışmayın. Çünki onlar xəstə yox, sadəcə səfehdirlər.

18. Sevdiyiniz insanlara diqqət və hörmətlə yanaşın, onları dinləməyi bacarın.

19. Keçmişinizdə baş vermiş hadisələrə görə peşimançılıq hissi keçirməyin, baş vermiş dəyişikliklərdən şikayətlənməyin.

20. Həyatınızda baş verən kədərli hadisələri sakit ürəklə qarşılayın. Heç nə və heç kim əbədi deyil. Bu kədər də ötüb geçəcək.

Qeyd: Yazıda göstərilən müalicə vasitələrindən istifadə etmək qərarına gələndə həkimlə məsləhətləşmək mütləqdir./Bizimyol/

COP29

www.yenicag.az

9776
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv