Vasif Talıbov idmançı xanıma ev verdi

media-hightechnic-468x90

Naxçıvan Muxtar Respublikasının Ali Məclisində bədii gimnastika üzrə Azərbaycan Respublikasının idman ustası Humay Qafarovaya yeni mənzil təqdim olunub.

İdman ustasına mənzili Ali Məclisin sədri Vasif Talıbov hədiyyə edib.

Qeyd olunub ki, bədii gimnastikanın inkişafı və qızların bu idman növünə cəlbi sahəsindəki səmərəli fəaliyyəti nəzərə alınaraq, eləcə də yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə Humay Qafarovaya Naxçıvan şəhərində yeni mənzil təqdim olunur.

İdman ustası yeni mənzillə təmin olunduğuna görə Ali Məclisin Sədrinə təşəkkür edib. Sonra Ali Məclisin Sədri mənzilin orderini Humay Qafarovaya təqdim edib.(azvision)

Yeniçağ.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600