Vasif Talıbov iftar verdi-Foto

media-hightechnic-468x90

iiiiiiNaxçıvan şəhərindəki “Təbriz” restoranında iftar süfrəsi açılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildiriblər ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iftar mərasimində çıxış edib. O bildirib ki, bu ayın fəzilətləri çoxdur: Bu gün sizinlə müqəddəs bir gündə – mübarək Ramazan ayında görüşürük. Fəzilətlərdən biri də ilahi düşüncə və müdriklik xəzinəsi olan müqəddəs Qurani-Kərimin bu ayda tamamlanmasıdır. Ramazan ayı insanlara əxlaqi saflıq, xeyirxah niyyətlər aşılayır. Bu ayın mənəvi zənginlikləri Azərbaycan xalqı tərəfindən əziz tutulub. Ona görə ki, bizim xalqımız da daim xeyirxah niyyətlər ardınca gedib, böyük mədəniyyət yaradıb, qədim sivilizasiyaya zəngin mənəvi dəyərlər bəxş edib.

Qeyd olunub ki, hər bir xalqın mənəvi yüksəlişi onun əsrlər boyu formalaşdırdığı milli və mənəvi dəyərlərə bağlılığı ilə ölçülür. Buna görədir ki, ölkəmizdə, eləcə də muxtar respublikamızda dini və mənəvi dəyərlərin qorunub yaşadılmasına, eləcə də İslamın müqəddəs ayin və mərasimlərinin qeyd edilməsinə xüsusi diqqət yetirilir. Oruc tutan hər bir müsəlman dinimiz qarşısında öz borcunu yerinə yetirir. Ramazan ayında tutulan oruc insanın paklığına, iman və iradəsinin saflaşmasına xidmət edir.

Ali Məclisin sədri ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda ali hakimiyyətə gəlişinin 45-ci ildönümü günündə keçirilən iftar mərasimində dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad edib, çıxışını Ulu Öndərin müdrik kəlamları ilə tamamlayıb: “Ramazan ayı cəmiyyətimizdə həmrəyliyin, dini-mənəvi birliyin möhkəmləndirilməsi işinə xidmət edən, hər bir müsəlmanın, adət-ənənələrimizə riayət edən hər bir insanın qəlbində olan bayramdır. Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaq”.

Sonra mərasimdə Qurani-Kərimdən ayələr oxunub, dualar səslənib.

Həmin gün Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri dispanserində, Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzində, Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserində, Naxçıvan Qarnizonunun hərbi hospitalında müalicə alan xəstələrə və gecə növbəsində çalışan işçilərə də iftar süfrələri açılıb, ümumilikdə iftar mərasimlərində min nəfərdən artıq insan iştirak edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600