Vatikanda böyük MALİYYƏ FIRILDAĞI – Keçmiş auditorun iddiaları REZONANS YARATDI
Vatikanın keçmiş auditoru Libero Milone şəhər-dövlətin maaş agentliyi APSA-nın SWIFT üzərindən həyata keçirilən bank köçürmələrində alıcı və hesab nömrələrini dəyişdirə biləcək imkanlara malik olduğunu iddia edib.
Yenicag.az xəbər verir ki, bu barədə “gdh” portalı məlumat yayıb.
Onun sözlərinə görə, bu mexanizm “çirkli pulların yuyulması üçün universal açar” funksiyası daşıya bilər.
Milonenin iddiaları Papa Leo XIV-in Vatikanın maliyyə reputasiyasını bərpa etmək səyləri fonunda ortaya çıxıb və qurumun tarixən rast gəlinən korrupsiya qalmaqallarını yenidən gündəmə gətirib.
Keçmiş auditor 2015-ci ildə Papa Fransisk tərəfindən maliyyə islahatlarına cəlb edilsə də, 2017-ci ildə “casusluq” ittihamı ilə vəzifədən uzaqlaşdırılıb. O dövrdə Milone isveçrəli kardinal Becciu ilə əlaqəli maliyyə pozuntularını araşdırıb. Becciu daha sonra korrupsiya ittihamı ilə məhkum edilmişdi.
Vatikan isə iddiaları “tamamilə əsassız” adlandırıb. Maliyyə mütəxəssisləri SWIFT sisteminin texniki quruluşu etibarilə bu cür dəyişikliklərə imkan vermədiyini vurğulayıblar.