!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vaxtından əvvəl yaşlanmağa səbəb olan 7 AMİL

!Reklam – Yazi

İnsanların vaxtından əvvəl yaşlanması genetik xüsusiyyətlərlə yanaşı ətraf mühit təsirlərindən və müxtəlif vərdişlərdən asılıdır.

Yenicag.az yaşlanmaya təsir edən amilləri təqdim edir:

1. Həddindən artıq arıq olmaq – Arıq insanlarda dəridə vaxtından tez qırışlar yaranır.

2. Gözləri ovuşdurmaq – Göz çevrəsində olan həssas dərinin qaralmasına və qırışmasına səbəb olur.

3. Yuxusuzluq – Yuxu zamanı heceyrələrin yenilənməsi üçün vacib olan hormonlar ifraz edilir.

4. Üzüstü və ya yan yatmaq – Həmçinin bu formada yatmaq sağlamlıq üçün də zərərlidir.

5. Stress – Artıq hamıya məlumdur ki, stress sadəcə erkən yaşlanmaya yox, həm də vaxtsız ölümlərə səbəb olur.

6. Günəş eynəyi istifadə etməmək – Günəşə baxarkən gözləri qısmaq qırışıqlıq yaradır.

7. Sabundan istifadə etmək – Sabun dərini qurudur və təbii yağların ifrazını zəiflədir.

COP29

www.yenicag.az

7769
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv