Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti 1 sayli Bakı İnzibati-İqtisadi Məhkəməsində kollegiyanın üzvü Həsənli Rəna Fərzəli qızına qarşi iddia qaldırıb. Məhkəmə hakim Aygün Abdullayeva sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, vəkil Rəna Həsənli adı mətbuatda hallanıb. Beləki, Bakı sakini Aytən Fərəcova keçmiş həyat yoldaşı ilə nikahın ləğv olunmasından sonra mülkiyyətin bölünməsinə dair məhkəmə prosesi zamanı səlahiyyətli nümayəndəsi, Vəkillər Kollegiyasının üzvü Rəna Fərzəli qızı Həsənli tərəfindən aldadılması barədə mətbuata məlumat verib.
Barışıq sazişinə uyğun olaraq, cavabdeh tərəf 10 min ABŞ dollarını məhkəmənin iştirakı ilə Rəna Həsənliyə təqdim edib. Şikayətçinin iddiasına görə,həmin 10 min dolların alınmasından xəbərsiz olduğundan Rəna Həsənli həmin pulu mənimsəyib.
www.yenicag.az