“Velosiped idmanı gənc rəssamların gözü ilə”

media-hightechnic-468x90

velosiped_sergi_261214_01

“Velosiped idmanı gənc rəssamların gözü ilə” mövzusunda rəsm, heykəl və dekorativ sənət əsərləri üzrə keçirilən müsabiqəyə təqdim edilmiş əl işlərinin “Park Bulvar” AVM-də sərgisi davam edir.

Xatırladaq ki, müsabiqə Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF) tərəfindən Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tələbə Gənclər Təşkilatı ilə birlikdə velosiped idmanının inkişafına töhfə vermək məqsədilə keçirilib.

Federasiyadan verilən məlumata görə, dekabrın 24-də mükafatlandırma mərasimi keçirilən müsabiqəyə təqdim edilmiş əsərlərə maraq olduqca böyükdür. “Park Bulvar” AVM-də təşkil edilən sərginin əvvəlcədən 3 gün davam etməsi planlaşdırılsa da, ticarət mərkəzinin rəhbərliyi insanların marağını nəzərə alaraq sərginin daha bir neçə gün davam etməsi təklifi ilə AVİF-ə müraciət edib. Tərəflərin razılığı ilə sənət əsərləri sərgisinin yanvarın 1-dək uzadılması qərara alınıb.

velosiped_sergi_261214_04                             velosiped_sergi_261214_05

 

velosiped_sergi_261214_08                 velosiped_sergi_261214_09

(trend.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600