Velosipedçilərimiz uğur qazanıb

media-hightechnic-468x90

83223Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku” Çin turnesi çərçivəsində daha bir yarışda iştirak edib.

media-banner_tuq

Təmsilçilərimiz bu gün Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı birgünlük “Tour of Yancheng Costal Wetlands” yürüşündə mübarizə aparıblar.

Komanda üzvlərimiz içərisində ən yüksək nəticəyə Azərbaycanın U-23 yığmasının üzvü Samir Cəbrayılov imza atıb – o, 143.5 km-lik məsafəni yarış qalibi ilə eyni vaxtda keçib və fotofinişə əsasən 113 velosipedçi arasında 5-ci yeri tutub. Bundan başqa, Aleksandr Surutkoviç və Elçin Əsədov da yarışı ilk pelotonda başa vurublar.

Birgünlük yarışın 23 yaşadək velosipedçiləri arasında isə Samir Cəbrayılov 2-ci yeri tutub və xüsusi mükafata layiq görülüb. Xatırladaq ki, gənc velosipedçimiz bazar günü Çində başa çatan 2.1 kateqoriyalı, 9 mərhələdən ibarət “Tour of Taihu Lake” yürüşündə U-23 yaş kateqoriyasında 3-cü olmuşdu.(qafqazinfo.az)

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05