Venesuela polisinə Maduronun tutulmasında iştirak edənləri həbs etmək əmri verildi

media-hightechnic-468x90

Venesuela polisinə ABŞ-yə prezident Nikolas Maduronun tutulması əməliyyatında kömək edənlərin hamısını həbs etmək əmri verilib.

media-banner_tuq

Yenicag.az “Sky News”a istinadən verdiyi məlumata görə, bu barədə bu gün dərc edilən fövqəladə vəziyyət haqqında fərmanda qeyd olunub.

“Müstəsnasız olaraq ABŞ-nin silahlı hücumunun irəlilədilməsində və ya dəstəklənməsində iştirak edənlərin hamısının ölkə üzrə axtarışına və dərhal həbsinə başlamaq lazımdır”, – mətndə deyilir.

Xatırladaq ki, 2025-ci ilin noyabrında ABŞ Prezidenti Donald Tramp Venesuelada Mərkəzi Kəşfiyyat İdarəsinin gizli əməliyyatlarının aparılmasına sanksiya vermişdi. Bir neçə aylıq hazırlıqdan sonra 2026-cı il yanvarın 3-nə keçən gecə ABŞ xüsusi təyinatlıları Maduronu və həyat yoldaşı Siliya Floresi Karakasdakı Fuerte-Tiuna kompleksində saxlayıb. Onlar ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisinə evakuasiya edilərək narkoterrorizm ittihamları üzrə məhkəmə üçün Nyu-Yorka gətirilib./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05