“Vens ermənilərin arzusunu ürəyində qoydu” - Ermənişünas alim

media-hightechnic-468x90

Ermənistana rəsmi səfərə gedən ABŞ vitse-prezidenti C.D.Vens ölkə prezidenti Vaaqn Xaçatryanla, Baş nazir Paşinyanla görüşüb və ikinci ilə mətbuata birgə bəyanatla çıxış ediblər. Vensin Ermənistana səfəri bütün dünya ermənilərində növbəti bir xəyanətkar əməlin təməlini qoyub.

media-banner_tkm

Beləki , Ermənistan parlamentinin “Ermənistan” fraksiyası Ermənistanda səfərdə olan ABŞ vitse-prezidenti Ceyms Devid Vensə məktub göndərib. Onlar Vensdən ABŞ-ın nüfuzu sayəsində Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən və məhkum olunan Ermənistan Respublikasının vətəndaşlarının azad edilməsini xahiş ediblər. Başqa bir məsələ üçün Ermənistana səfər edən ABŞ vitse-prezidenti ermənilərin bu tələb və xahişinə əməl edəcəkmi?

Mövzu ilə bağlı suallarını Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru, tanınmış ermənişünas alim, İsmayıl Tanrıverdi cavablandırıb.

media-whatsapp-image-2026-02-11-at-14-21-35

O bildirib ki, ABŞ vitse-prezidenti C.D.Vensə tək Ermənistan parlamentinin “Ermənistan” fraksiyası deyil, Kilikya katolikosu I Aram, eləcə də, Amerika Erməni Milli Komitəsi (ANCA) müraciət ünvanlayıblar:” Bu prosesə hətta adi, sıravi ermənilər də qoşulub və Vensə Bakıda “erməni əsirlərlə” görüşmək, onların qeyd-şərtsiz azad edilməsi tələbini irəli sürmək çağırışı ediblər. Bundan başqa Qarabağda “hüquq müdafiəçiləri” kimi tanınmış məşhur separatçılar Geqam Stepanyan və Artak Beqlaryan da C.D.Vensə məktub yazıb. Hazırda bütün ermənilər ayaqüstə, nəfəsini tutaraq Vensin Bakı səfəri zamanı göstərəcəyi fəaliyyəti gözləyirlər. Baxmayaraq ki, Vens İrəvana ona görə gedib ki, məsələn, “TRIPP Dəhlizi”ni, “Nüvə Əməkdaşlığı”nı, “İnvestisiyalar” kimi vacib məsələləri müzakirə etsin , amma ermənilər öz məkrli məqsədini burda da ortaya qoyur” İ. Tanrıverdi ermənilərə bu cəsarəti verən hansı səbəbləridə açıqlayıb: ”Bilirsiniz ki, ermənilər özlərinin uydurduğu yalana o qədər möhkəm inanırlar ki, hətta o yalan uğrunda ölümə də gedərlər. “ Böyük Ermənistan” , “Artsax”, “erməni soyqırımı” kimi yalanları xatırlayın, yetər. Vens imzası ilə tanınan və hazırda ABŞ-ın 50-ci vitse-prezidenti olan Ceyms Devid Vens hakimiyyətə gəlişi ilə həmin vaxt erməniləri xeyli sevindirmişdi. Çünki erməni toplumunun ən inandıqları , alim, ziyalı dedikləri ermənilər iddia edirdi ki, Vens ata tərəfdən kim olduğu bilinməsə də, lakin ana tərəfdən kökləri erməni olan biridir! Onu erməni nənəsi böyüdüb. Həmin qadının babası guya Vandan mühacirət edib ABŞ-a köçmüş Civan Vanesyandır və onun şərəfinə nəvəsinin adını Civan Vanesyan qoyub. Bu səbəbdən ermənilər Vensi “özününkü” bilir və ona Azərbaycanı şikayət edirlər. Üstəlik Vensin protokol gərəyi qondarma erməni soyqırımı abidəsini ziyarət etməsi də onları həvəsləndirib. Hətta erməni mediası fəxrlə yaxıb ki, C.D. Vens “erməni soyqırımı qurbanları”nın xatirəsini yad edən ən yüksək vəzifəli Amerika rəsmisi oldu. Amma bu o demək deyil ki, Vens sülhə yaxınlaşmaqda olan iki qonşu ölkənin daxili işlərinə qarışsın. Düşünürəm ki, ermənilərin bu təşəbbüsü cavabsız qalacaq. Bunu erməni politoloq Hayk Martirosyan da qeyd edib və o bildirib ki, Vens yalnız Azərbaycana getdiyi üçün , (xala-xətrin qalmasın) Ermənistana gəlir. erməni politoloq qeyd edir ki, onun Ermənistana verəcəyi heç bir şey yoxdu” -deyə İsmayıl Tanrıverdi vurğulayıb.

Söhbətləşdi Əntiqə Rəşid

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05