Vensin Bakı səfəri: Deputatdan regional SÜLH ŞƏRHİ

media-hightechnic-468x90

“Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir”.

media-banner_tuq

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

media-119659

O, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri çərçivəsində yaxın perspektiv üçün yaranacaq müsbət tendensiyalardan danışıb.

Deputat bildirib ki, bu səfər ikitərəfli münasibətlərdə yeni səhifə açır:

“Səfər zamanı Prezident İlham Əliyevlə aparılan müzakirələr, imzalanan ABŞ–Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası regional təhlükəsizlik və ikitərəfli əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Sənədin əsas üstünlüklərindən biri ərazi bütövlüyü və suverenliyə dəstəyin ifadə olunmasıdır. Bu o deməkdir ki, qarşılıqlı əməkdaşlıq zamanı heç bir halda bu məsələ müzakirə mövzusu ola bilməz.

Xartiya çərçivəsində təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın genişlənməsi müdafiə qabiliyyətinin güclənməsinə, həmçinin sərhəd və enerji infrastrukturunun daha effektiv qorunmasına da töhfə verəcək. Region enerji və nəqliyyat dəhlizləri baxımından qlobal əhəmiyyət daşıdığından, bu istiqamətdə əməkdaşlıq sabitliyə də töhfə verəcək.

Xartiyanın mühüm aspektlərindən biri də sülhün təşviqidir. Məhz 8 avqust 2025-ci ildə Vaşinqtonda əldə edilmiş razılaşmadan sonra regionda yeni sülh dövrü başlayıb və cənab Prezident Cey Di Venslə görüşdə bildirdi ki, Azərbaycan vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə nəinki bütün məhdudiyyətlər qaldırılıb, “o cümlədən özümüz Ermənistana neft məhsullarının təchizatına başlamışıq. Beləliklə, ticarətin və əməkdaşlığın başlanğıcı reallaşır”. Dövlət başçımız da bildirdi ki, “Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsidir ki, o, nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Beləliklə, regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir”, – deyə deputat bildirib.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05