!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vergilər Nazirliyi kütləvi yoxlamalara başladı - VİDEO

!Reklam – Yazi

Vergilər Nazirliyi Bakı şəhərində yerləşən iaşə və ticarət obyektlərində nəzarət-kassa aparatlarından istifadə zamanı kassa çeklərinin təqdim olunması ilə bağlı monitorinqlər keçirib.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, monitorinqlər zamanı ayrı-ayrı ticarət və ictimai iaşə obyektlərində kassa çeklərinin təqdim edilməsi vəziyyəti yoxlanılıb. Məlumatlandırıcı xarakter daşıyan tədbirin məqsədi nağd hesablaşmalar zamanı nəzarət-kassa aparatlarından istifadə edilməsinin zəruriliyi və cəmiyyətdə kassa çeklərinin tələb olunması vərdişlərinin formalaşdırılmasıdır.

Monitorinqlər zamanı bir sıra obyektlərdə qanun pozuntularına yol verilməsi, nağd hesablaşmaların aparılması zamanı nəzarət-kassa aparatlarından istifadə olunmaması, kassa çeklərinin vətəndaşlara təqdim edilməməsi kimi hallara rast gəlinib, bəzi obyektlərdə isə bu sahədə qanunvericiliyin tələblərinə əməl edilməsi müşahidə olunub.

Monitorinqlər zamanı Nəsimi rayonunda yerləşən “Mega store” supermarketində, Yasamal rayonunda yerləşən “One pub kafe” və “Cafe Park” kafelərində, Səbail rayonunda fəaliyyət göstərən “Pappa Rotti” və “Ajda” kafelərində, Nərimanov rayonundakı “SİS underwear” mağazasında, Nəsimi rayonunda yerləşən “Ador” ərzaq mağazasında, həmin rayonun ərazisində fəaliyyət göstərən “Türkoğlu dönər” kafesində, “28 pub” restoranında, “Krevetka” kafesində, Səbail rayonunda yerləşən “Mughal” restoranında, həmçinin bir sıra digər ticarət və ictimai iaşə obyektlərində ilk dəfə belə nöqsanlara yol verildiyi aşkar olunub.

Keçirilən tədbirlərin nəticəsi olaraq, Nəsimi rayonunda yerləşən “Spar market”də, “URP” mağazasında və “Araz supermarket”də, Yasamal rayonunda Həsənov İlhama məxsus kafedə, Nərimanov rayonu ərazisində yerləşən “Ted Baker” mağazasında, Səbail rayonu ərazisində yerləşən “Baumler” mağazasında, Nizami rayonunda avtomobil üçün ehtiyat hissələri satılan mağazada, Nəsimi rayonunda fəaliyyət göstərən “Sekrets” kafesində, Nəsimi rayonunda yerləşən “Game and cinema center”də, Səbail rayonundakı “Coffe station” kafesində və digər obyektlərdə nöqsanlar aşkar edilərək müvafiq aktlar tərtib edilib.

Bütövlükdə aparılmış maarifləndirici monitorinqlər çərçivəsində qanun pozuntusu aşkar edilmiş obyektlərin 45%-nə cərimələr tətbiq edilib, 15%-də qanun pozuntları aşkar edilməyib, qalan 40%-i üzrə, yəni ilk dəfə qanun pozuntusuna yol vermiş obyektlərə isə xəbərdarlıq edilib və bu cür pozuntulara növbəti dəfə yol verəcəkləri təqdirdə, həmin vergi ödəyicilərinə qarşı qanun çərçivəsində tədbirlər görüləcəyi onların nəzərinə çatdırılıb.

COP29

www.yenicag.az

808
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv