Vətən müharibəsi iştirakçısı vəfat etdi

media-hightechnic-468x90

Vətən müharibəsi iştirakçısı, mayor Cəlal Rəhimov vəfat edib.

Yenicag.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, 1984-cü il təvəllüdlü ehtiyatda olan zabit ürəktutmadan dünyasını dəyişib.

O, doğulduğu Biləsuvar rayonunda torpağa tapşırılıb.

Qeyd edək ki, C.Rəhimov Heydər Əliyev adına Ali Hərbi Məktəbin məzunu olub. Mayor Rəhimov Vətən müharibəsində Füzuli, Xocavənd, və Şuşa uğrunda döyüşlərdə iştirak edib, bir sıra orden və medallarla təltif olunub.

Onu da əlavə edək ki, C.Rəhimov müharibədən sonra N saylı hərbi hissədə Artilleriya divizionunun komandiri olub. Bir il idi ki, ehtiyata buraxılmışdı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600