!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vətən müharibəsi qəhrəmanlarına güzəşt tətbiq edildi - Rəsmi

!Reklam – Yazi

Prezident İlham Əliyevin 12 iyul 2021-ci il tarixli fərmanı ilə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq edilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumatda bildirilir ki, bundan sonra Azərbaycan Respublikasının Milli Vətən Müharibəsi Qəhrəmanlarının aylıq muzdlu fəaliyyətdən əldə etdikləri gəlirlərinə münasibətdə gəlir vergisi üzrə güzəşt müəyyən edilib.

Belə ki, qanun qüvvəyə mindikdən sonrakı dövrdə Vətən müharibəsi qəhrəmanlarının aylıq muzdlu fəaliyyətdən əldə etdikləri gəlirlərə münasibətdə Vergi Məcəlləsinin 102.1.6 maddəsində nəzərdə tutulmuş vergi güzəşti ilə yanaşı, əlavə olaraq həmin şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılacaq.

Bununla yanaşı, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda çalışan və aylıq əməkhaqqı 8 000 manata qədər olan şəxslərin isə muzdlu işdən aylıq gəlirləri 2019-cu il yanvarın 1-dən 7 il müddətinə gəlir vergisindən ümumiyyətlə azaddırlar. Qanunvericilikdə təsbit edilmiş və Vətən müharibəsi qəhrəmanlarına müddətsiz olaraq verilən bu güzəşt Vergi Məcəlləsində muzdlu fəaliyyətdən əldə edilən gəlirlərə münasibətdə tətbiq olunan ən böyük vergi güzəştlərindən biridir.

www.yenicag.az

695
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv