Vətəndaşlar pulsuz müayinə olundu

media-hightechnic-468x90

74607Kürdəmirin Mollakənd kənd sakinləri pulsuz müayinədən keçib.

Azərbaycan Tibb Universitetinə istinadla verdiyi məlumata görə, bu xeyriyyə aksiyası Milli Məclisin 65 saylı seçki dairəsindən seçilmiş deputat, Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Əhliman Əmiraslanovun təşəbbüsü ilə həyata keçirilib.

Aksiya zamanı ATU-nun müxtəlif ixtisaslı həkim qrupu onlarla kənd sakinini müayinə ediblər. Aksiyaya qatılan rayon sakinləri müayinə ilə yanaşı, zəruri həkim məsləhəti də alıblar. Hətta ətraf kəndin sakinləri də Mollakəndə gələrək həkimlərə müraciət edib. Müayinələrdən sonra səhhətində problem aşkarlanan bəzi sakinlər müalicə olunmaq üçün Bakıya göndəriliblər.

Qeyd edək ki, bu səfərki aksiyada endokrinoloq dossent Əfəndiyev Tərlan, terapevt-kardioloq Zeynalov Fikrət, pediatr Nəsirova Səbahət, nevropatoloq Musayeva Aygün, onkoloq Cəfərova İnarə, ginekoloq Əliyeva Pərvanə, oftalmoloq ​Əlizadə Leyla və USM həkimi Əliyeva Səidə iştirak ediblər. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600