!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Vətəndaşlar xüsusi rejimin tələblərinə qeyd-şərtsiz əməl etməlidirlər” – Professordan əhaliyə ÇAĞIRIŞ

!Reklam – Yazi

“Hər kəs bilməlidir ki, bu, çox təhlükəli virusdur, onun yayılma mənbəyi bilinmir və vaksini də hələ tapılmayıb”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə 14 mart saat 00-00-dan etibarən, tətbiq olunan koronavirus əleyhinə xüsusi rejimin tələblərinə münasibət bildirən professor Şahlar Əsgərov deyib.

Şahlar Əsgərovun sözlərinə görə, ölkədə müəyyən məhdudlaşdırıcı tədbirlərin görülməsi qaçılmaz zərurət idi və əhalinin bu rejimin tələblərinə əməl etməsi vacibdir:

“Sağlamlıq ali dəyərdir. Ona görə də, Azərbaycanda xüsusi rejimin tətbiqi ilə əlaqədar dünən verilən qərar çox ciddi əhəmiyyət daşıyır. Şadlıq sarayları, mərasim evləri, marketlər, bir sözlə, insan kütlələrinin toplaşdığı yerlərdə virusun yayılma təhlükəsi daha çox olur.

Bu səbəbdən, tətbiq edilən xüsusi rejimi alqışlayıram. Bütün vətəndaşlarımız buna əməl etməlidirlər. Hər kəs bilməlidir ki, bu, çox təhlükəli virusdur. Onun yayılma mənbəyi bilinmir və vaksini də hələ tapılmayıb.

Maksim Şevçenko adlı rus jurnalist iddia edir ki, koronavirus Amerika tərəfindən hazırlanmış bioloji silahdır. Bu, əlbəttə, bir ehtimaldır. Ancaq əgər həmin ehtimalın reallıq dərəcəsi varsa, ABŞ prezidenti Donald Trampın buna ciddi yanaşması və onunla mübarizəyə milyardlarla dollar vəsait ayırması digər dövlətlərə mesaj olmalıdır. Yəni virusu yaydığı bildirilən ölkə bu qədər ciddi tədbirlər görürsə, biz məntiqlə o təhlükəyə daha ehtiyatla yanaşmalıyıq.

Bir məsələyə də toxunum. Mən təhsil işçisiyəm. Təhsil prosesinin subyektləri var. Bu prosesin bir subyekti də valideyndir. Valideynlərin bu məsələyə son dərəcə ciddi yanaşmaları, övladlarının dərslərindən geri qalmamaları üçün fəal olmaları lazımdır. Ümumiyyətlə isə elan olunan müddətdə xüsusi rejimin tələblərinə qeyd-şərtsiz əməl olunmalıdır”.

Aqil Bəkir

COP29

www.yenicag.az

4098
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv