!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vətəndaşları get-gələ salan QURUMLAR: ƏƏSMN ilə DOST mərkəzi vətəndaş müraciətini niyə ciddiyə almır? - İqtisadçıdan ETİRAZ

!Reklam – Yazi

“Əgər DOST-a zəng vura bilmirəmsə, hər xırda məsələ üçün işimi atıb Mərkəzə getməliyəmsə, bu halda məmnuniyyət niyə ölçülür?!”.

Yenicag.az xəbər verir ki, bu sözləri ötən il vəfat edən atasının dəfn pulunu hələ də ala bilməyən iqtisadçı Samir Əliyev deyib.

Onun sözlərinə görə, öncə ölüm kağızını almaq üçün müəyyən problemlərlə üzləşəndən sonra indi də dəfn pulunun verilməsində çətinliklə üzləşib. Bunun səbəbi isə müvafiq qurumların səhlənkarlığı və vətəndaş müraciətini ciddiyə almaması ilə bağlıdır:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 çağrı mərkəzinə zəng vurub dəfn pulunun ödənilməsində yaranmış ləngimənin səbəbini soruşuram. Nazirliyin xanım əməkdaşı cavab verir ki, DOST-a müraciətdən sonra 15 iş günü ərzində cavab veriləcək. Xatırladıram ki, müraciətimin üstündən 3 həftə (16 iş günü) keçib. Növbəti cavab belə olur ki, yəqin 30 günlük icraata götürülüb. Sual verirəm ki, bu, nə çətin bir işdir ki, 15 iş günü azlıq etdi, keçiblər 30 iş gününə? Xanım əməkdaş cavab olaraq “Bilmirəm, DOST-a müraciət edin” deyir. DOST-la necə əlaqə saxlamağı soruşanda isə cavab məni şoka saldı. Məlum oldu ki, DOST-a zəng etmək mümkün deyil. Bunun üçün Mərkəzin özünə təşrif buyurmaq lazımdır. Təsəvvür edirsiniz, bu, nə deməkdir?! ƏƏSM Nazirliyinin çağrı mərkəzindən verilən cavab sadəcə biabırçılıqdır.

DOST-dan söz düşmüşkən, Mərkəzin saytında vətəndaşların məmnunluq səviyyəsi 98,43 faiz göstərilib. Mənim fikrim də götürülüb və əminəm ki, mənim cavabım da 98,43 faiz içindədir. Əslində məmnunluq səviyyəsi 100 faiz olmalıdır. Çünki içəri girəndə adamı az qala VİP müştəri kimi qarşılayırlar. Əgər mənim müraciətim müsbət cavablandırılmırsa və ya gec cavablandırılırsa, bu keyfiyyətin nə əhəmiyyəti qalır? Əgər sən get-gələ düşürsənsə, bunun səbəbini sorğu aparanlar qanunlarda görürsə, bu halda hansı məmnuniyyətdən söhbət gedə bilər?! Əgər DOST-a zəng vura bilmirəmsə, hər xırda məsələ üçün işimi atıb Mərkəzə getməliyəmsə, bu halda məmnuniyyət niyə ölçülür?!

Yeri gəlmişkən, poçt şöbəsində dedilər ki, dəfn pulları, ümumiyyətlə gəlməyib. Çünki xalq arasında deyildiyi kimi, büdcə açılmayıb”.

www.yenicag.az

1466
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv