Vətəndaşları süründürən allergiya MÜRACİƏTİ: Hansı halda 2-ci doza vurulmamalıdır? - AÇIQLAMA

media-hightechnic-468x90

Səhiyyə Nazirliyi allergiyalarla bağlı müraciətlərin hansı halda olunması qaydasını açıqlayıb.

19 saylı Şəhər Poliklinikası baş həkimi Aytən Qurbanova Yenicag.az-a bildirib ki, allergiyanın kəskin dövründə olan xəstələr 2-4 həftə arası müalicə qəbul etdikdən sonra peyvənd oluna bilərlər:

“Vaksinin hər hansı komponentinə qarşı reaksiyası olan şəxslər təsdiqləyici sənəd təqdim etməlidirlər ki, vaksinin birinci dozasını qəbul etdikdən sonra, onda anaflaktik şok, kəskin allergik reaksiyalar əmələ gəldiyi halda bununla bağlı məlumatlar sənədləşdirilir və növbəti vaksinin vurulmaması üçün orada məlumat qeyd olunur ki, şəxsin vaksinə qarşı kəskin allergiyası yarandı.

Həkim-nəzarət komissiyası həmin xəstələrin sənədlərini qəbul edir, əsaslı olduğu halda komissiya tərəfindən əks göstərişlər üzrə yaradılmış xüsusi komissiyaya təqdim olunur”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600