!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vətəndaşların 18 nömrəli avtobusla bitməyən SINAĞI: “Sürücülər tərəfindən hərəkət cədvəlinə riayət olunması..."

!Reklam – Yazi

Paytaxtda fəaliyyət göstərən 18 nömrəli marşrut üzrə hərəkət edən avtobuslarla bağlı narazılıqlar durmadan artır. Vətəndaşlar iddia edirlər ki, axşam 21:30-dan sonra bu avtobusların əksəriyyəti depoya yollanır. Belə ki, ictimai nəqliyyat ya çox gecikir, ya da ümumiyyətlə, gəlmir.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Tural Orucov Yenicag.az-a açıqlamasında bildirdi ki, nəqliyyat vasitələrinin cədvəldə müəyyən edilmiş vaxtdan tez qaraja getməməsi və avtobus sayının sərnişin təlabatına uyğun nizamlanması barədə tapşırıq verilib:

“18 nömrəli marşrut xətti üzrə 22 avtobus 6 dəqiqəlik intervalla fəaliyyət göstərir. Bu marşrut avtobusların hərəkət cədvəlinə uyğun olaraq müəyyən saatdan sonra depoya yollanması nəzərdə tutulub. Lakin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən daşıyıcıya sürücülər tərəfindən hərəkət cədvəlinə riayət edilməsi, nəqliyyat vasitələrinin cədvəldə müəyyən edilmiş vaxtdan tez qaraja getməməsi və avtobus sayının sərnişin təlabatına uyğun nizamlanması barədə tapşırıq verilib”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

564
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv