14:31
Bərdə Müalicə-Diaqnostika Mərkəzi” publik-hüquqi şəxsin direktoru Həsən Fərman oğlu Hüseynovun karantin rejimini pozduğu üçün işdən azad edilməsi barədə deyilənlər həqiqəti əks etdirmir.
Bu barədə Axar.az-a TƏBİB-dən məlumat verilib. Qurumdan bildirilib ki, H.Hüseynov öz ərizəsi ilə işdən azad edilib:
“Bu gün bəzi xəbər portallarında “Bərdə Müalicə-Diaqnostika Mərkəzi” publik-hüquqi şəxsin direktoru Həsən Fərman oğlu Hüseynovun guya karantin rejiminin tələblərini pozduğu və tibb müəssisəsi daxilində kütləvi yoluxmalara yol verdiyi səbəbindən TƏBİB tərəfindən işdən azad olunduğu iddia edilib. Məsələ ilə bağlı bildiririk ki, qeyd edilənlər həqiqəti əks etdirmir və direktor H.Hüseynov digər vəzifəyə keçirilməsi ilə əlaqədar öz xahişi ilə işdən azad edilib”.
Həmçinin TƏBİB bütün kütləvi informasiya vasitələrinin nümayəndələrindən xəbər hazırlayarkən diqqətli olmalarını və rəsmi mövqe olmadan məlumatı ictimailəşdirməməyi xahiş edib.
Qeyd edək ki, sözügedən məlumatı ilk “Report” informasiya agentliyi yaymışdı.
www.yenicag.az