Vəzifəyə təyin olunaraq deputat mandatından İMTİNA EDƏNLƏR - ARAŞDIRMA

media-hightechnic-468x90

Yenicag.az vəzifəyə təyin olunduqdan sonra deputat mandatından imtina edən şəxslərlə bağlı araşdırma aparıb.

Qeyd edək ki, Milli Məclisin deputatı Ramil Həsən bu gün mandatından imtina edib. Belə ki, o, bundan sonra Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi vəzifəsində çalışacaq. Mərkəzi Seçki Komissiyası prosedura uyğun olaraq Ramil Həsənin deputat statusunun ləğvinə dair qərar qəbul edəcək.

Azərbaycan Konstitusiyanın 89-cu maddəsinə görə, deputat dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla), mandatından məhrum edilir.

Vəzifə təyinatı ilə bağlı mandatından imtina edən deputatların siyahısını təqdim edirik:

media-o1

Şahin Seyidzadə

2022-ci il martın 3-də Prezident İlham Əliyevin sərəncamı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib. Nəticədə, Parlamentin VI çağırış deputatı olan Şahin Seyidzadə martın 16-da deputat mandatından məhrum olunub.

media-o2

Rüstəm Xəlilov

Prezident İlham Əliyevin 4 dekabr 2019-cu il tarixli sərəncamı ilə Rüstəm Xəlilov Hacıqabul rayonuna icra başçısı təyin olunub. Buna qədər Milli Məclisin III, IV və V çağırış deputatı olan Rüstəm Xəlilovun mandatı prosedur qaydasına uyğun olaraq geri alınıb.

media-o3

Valeh Ələsgərov

Prezident İlham Əliyevin 25 noyabr 2019-cu il tarixli sərəncamı ilə Valeh Ələsgərov Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşanadək həmin zonanın müvəqqəti idarəetmə qurumunun sədri təyin edilib. O, Milli Məclisin III, IV və V çağırış deputatı olub.

media-o4

Elşad Həsənov

Hazırda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı olan Elşad Həsənov Prezident İlham Əliyevin 12 noyabr 2019-cu il tarixli sərəncamı ilə bu vəzifəyə təyin edilib.

O, bu təyinatdan əvvəl Milli Məclisin V çağırış deputatı olub.

media-o5

Muxtar Babayev

Hazırda Prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışan Muxtar Babayev mandatından imtina edənlər sırasındadır.

Belə ki, o, dövlət başçısının 23 aprel 2018-ci il tarixli sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər naziri vəzifəsinə təyin olunub. Bu təyinatdan əvvəl isə parlamentin IV və V çağırış deputatı olub.

media-o6

Vüsal Hüseynov

Muxtar Babayevlə eyni gündə – 23 aprel 2018-ci il tarixində – Vüsal Hüseynov da mandatından imtina edib.

Prezidentin sərəncamı ilə o, Dövlət Miqrasiya Xidmətinin rəisi təyin olunub. Bu təyinatdan əvvəl Milli Məclisin V çağırış deputatı idi.

media-o7

Fuad Muradov

Fuad Muradov da yuxarıda qeyd olunan iki şəxslə eyni gündə – 23 aprel 2018-ci il tarixində – Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilib.

Bu vəzifəyədək o, Milli Məclisin IV və V çağırış deputatı kimi fəaliyyət göstərib.

media-o8

Rövşən Rzayev

Prezident İlham Əliyevin 21 aprel 2018-ci il tarixli sərəncamı ilə Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Buna qədər o, Milli Məclisin deputatı olub.

media-o9

Cavid Qurbanov

Hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini olan Cavid Qurbanov Prezidentin 9 fevral 2015-ci il tarixli sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilmişdi.

O, bu təyinatdan əvvəl Milli Məclisin III, IV və V çağırış deputatı olub.

media-o92

Mübariz Qurbanlı

Prezidentin 21 iyul 2014-cü il tarixli sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunan Mübariz Qurbanlı 19 il deputat mandatı daşıyıb.

O, Milli Məclisin I, II, III və IV çağırış deputatı olub.

media-o93

Əli Əhmədov

Azərbaycan Prezidentinin 22 oktyabr 2013-cü il tarixli sərəncamı ilə Əli Əhmədov Baş nazirin müavini təyin olunub.

Buna qədər o, Milli Məclisin II və III çağırış deputatı idi.

Qeyd edək ki, Əli Əhmədov hazırda da mandat sahibidir – Parlament sədrinin birinci müavinidir.

 

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa