VHP Həmrəylik gününü qeyd etdi – Foto

media-hightechnic-468x90

fghgh8Vətəndaş Həmrəyliyi Partiyası və Dünya Azərbaycanlıları Konqresi birgə təşkilatçılığı ilə dekabrın 26-da növbəti tədbir keçirilib. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni ilə həsr olunan mərasim saat 18:00-da başlayıb. 100-dən çox iştirakçının olduğu tədbirə VHP və DAK üzvləri, gənc fəallar, ziyalılar, qonaqlar qatılıb. Qonaqların sırasında Güney Azərbaycanın tanınan simalarından, məşhur ustad, bəstəkar Həsən Dəmirçi və şair-rəssam Hüşəng Cəfəri də olub.

VHP mətbuat xidmətindən verilən məlumata görə, mərasimi VHP-nin sədri, millət vəkili Sabir Rüstəmxanlı açaraq, qonaqları salamlayıb. O, dünya azərbaycanlılarını Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edərək, xoş arzularını çatdırıb. Partiya sədri çıxışında bir millət üçün həmrəyliyin önəmini vurğulayıb, belə bir günün təsis edilməsinin əhəmiyyətindən danışıb. S. Rüstəmxanlı Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixçəsi haqqında da məlumat verib. Bildirib ki, bu günün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin açılması ilə qoyulub. Güney və Quzey Azərbaycan arasındakı sərhəd dirəklərini dağıdılıb.
DAK Daimi Şurasının sədri Əjdər Tağızadə də çıxış edərək, Həmrəylik Gününün tarixçəsindən və önəmindən danışıb. O Güney Azərbaycanda gedən milli-siyasi proseslər haqqında da məlumat verərək, orada milli düşüncənin geniş yayıldığını qeyd edib. Həmçinin Bütöv Azərbaycan arzusunu dilə gətirən Ə. Tağızadə Güneydə yaşayan 35 milyondan çox Azərbaycan türkünün öz müqəddəratını həll etmək haqqının olduğunu bildirib(aznews.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600