VİCDANSIZ RƏFTAR - İti su kanalına ataraq əyləndilər - ARAŞDIRILIR / VİDEO

media-hightechnic-468x90

Sosial şəbəkədə itə qarşı zorakılıq hadisəsinin videousu yayılıb.

Yenicag.az xəbər verir ki, videoda yetkin yaşlarında bir kişi iti amansızcasına su kanalına atır. İtin həyat üçün mübarizə aparmasını isə gülüşlə qarşılayır.

Videounun həmin kişinin əlbiri olan başqa bir nəfər tərəfindən çəkilərək sosial şəbəkədə yayıldığı bildirir.

Sosial şəbəkə istifadəçiləri bu hadisəni hiddətlə qarşılayıb.

Su kanalına atılan sahibsiz itə rəhmsiz münasibət göstərilməsi ilə bağlı sosial şəbəkədə yayılan görüntülər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin (ETSN) əməkdaşları tərəfindən araşdırılır.

Xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, hazırda hadisənin harada baş verməsi və təqsirkarların müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlərin görülməsi istiqamətində hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar aparılır.

Həmin görüntüləri təqdim edirik:

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600