“Vilardi Studio”da dələduzluq - Direktora hökm oxundu
Bakıda fəaliyyət göstərən “Vilardi Studio” gözəllik salonunun direktoru Əfruz Əfəndiyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Yenicag.az xəbər verir ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə mühakimə edilib.
İş materiallarından aydın olur ki, Əfruz Əfəndiyev 5 nəfərə qarşı dələduzluq edib. O, “Vilardi Studio”nun böyüdülməsi və inkişafı üçün həmin şəxləri salona investisiya qoymağa təşviq edib və onları biznesə şərik edəcəyini bildirib.
Lakin sonradan məlum olub ki, bu biznesdən əldə edilən gəlirin 90 faizi “Vilardi Studio”nun yerləşdiyi obyektin sahibinə məxsusdur. Hüquq-mühafizə orqanlarına edilən şikayət nəticəsində Əfruz Əfəndiyev saxlanılıb. Ona Cinayət Məcəlləsinin 173.2-ci maddəsi ilə ittiham irəli sürülüb və barəsində 3 ay 21 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Bu iş üzrə dəymiş zərərin məbləği 300 000 min manata yaxındır./qaynarinfo